Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir
İqtisadiyyat 18

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon ABŞ dollarından çox məbləğdə olan layihələri maliyyələşdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb. 

İnvestisiya şirkəti 15 layihənin maliyyələşdirilməsində iştirak edir.

Nazirliyin məlumatına görə, 2025-ci ilin əvvəlindən Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət həcmi 40 % artıb. Bildirilb ki, bu isə tərəflərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığı addımların səmərəli olduğunu təsdiqləyir.

Qeyd edək ki, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratovun rəhbərlik etdiyi nümayəndə heyəti Hökumətlərarası Komissiyanın növbəti iclasında və regionlararası forumda iştirak etmək üçün Azərbaycana səfər edib.

L.Kudratov, həmçinin Azərbaycanın iri şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı tərəfdaşlığın yeni perspektivli istiqamətləri və birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Son xəbərlər