Azərbaycan neftinin qiyməti 82 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,09 ABŞ dolları, yaxud 2,62 % artaraq 81,86 ABŞ dolları təşkil edib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 79,76 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Oxşar xəbərlər
Neftçalada 32 min 706 hektarda taxıl əkilib
Neftçala rayonunda ötən iln payızında bu ilin məhsulu üçün 32 min 706 hektarda taxıl əkilib. Bu barədə "Report"un Aran bürosuna rayon Dövlət Aqrar İnkişaf Mərkə...