Azərbaycan neftinin qiyməti 75 dollara çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,48 % azalaraq 75 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 73,19 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...