Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycan nefti yenidən bahalaşdı
İqtisadiyyat 144

Dünya bazarlarında neftin qiymətləri artmaqda davam edir.

BAKU.WS xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,69 dollar artaraq 112,25 dollar olub.

WTI markalı neftin aprel fyuçersləri 2,15% bahalaşaraq bir bareli 109,98 ABŞ dollarına qalxıb.

Dünya bazarında Azərbaycan neftinin də qiymətində bahlaşma müşahidə edilir. Belə ki, "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 2,07 ABŞ dollar, yaxud 1,8% artaraq 118,17 ABŞ dollarına çatıb.

Eyni zamanda, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,03 dollar artaraq 109,70 dollar olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər