Azərbaycan nefti ucuzlaşır

03
iyn
2019
23:37
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,69 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,58 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,61 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,55 dollar/barel azdır.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 69,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəri...
