Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09ABŞ dolları, yaxud 0,12 % azalaraq 72,81 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 71,52 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,11% azalaraq 71,48 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Azərbayсan ət idxalını 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 min 320 ton ət idxal edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 75 milyon 768 mi...