Azərbaycan mümkünsüz olanı real etdi: "Acwa Power" "yaşıl enerji" layihəsini necə reallaşdırır?

"COP BAKU" layihəsinin yeni buraxılışında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının əhəmiyyətindən danışılıb.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, artıq minlərlə ev elektrik enerjisini məhz Qobustandakı Külək Elektrik Stansiyasından əldə edəcək.
"ACWA Power" şirkətinin Azərbaycanda quraşdırdığı külək turbinləri Çinin ən müasir zavodlarında istehsal edilir. Turbinlərin ömrü isə 25 ildir.
Quraşdırılan hər bir turbinin işıqlandırdığı evlərin sayı minlərlə ölçülür. "Xızı-Abşeron" layihəsinin digər hissəsi Xızıda icra olunur. Hər iki ərazidə turbinlərin inşası üçün şirkət 300 milyon dollardan çox vəsait cəlb edib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Qobustanda 12, Xızıda isə 25 ədəd turbin quraşdırılacaq. Qobustanda işlərin icrasına başlanılıb. Hazırda 4 turbin quraşdırılıb. Qarşıdakı 2 ay ərzində 8 turbinin tamamlanması planlaşdırılır.
Xızıda isə layihənin icrasına aprel ayının ilk həftəsində start veriləcək. 12 turbin sentyabrda, 13-ü isə noyabrda quraşdırılacaq.
Qeyd edilib ki, bir turbin 6,5 meqavat gücündədir. Təxminən 8500 evi işıqla təmin edə bilər.
Ümumilikdə isə iki stansiya birlikdə 300 min evi işıqlandıracaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Dünya Bankı beş ildə Azərbaycana 1,5 milyard dollaradək vəsait ayırmağı planlaşdırır
Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsai...
