Azərbaycan məhsulları ən çox hansı ölkələrə ixrac edilir? - AÇIQLAMA
"2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir pəncərə" ixraca dəstək mərkəzi vasitəsilə sahibkarlar tərəfindən 3451 müraciət qeydə alınıb".
BAKU.WS xəbər verir ki, bunu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı qurumun ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu müraciətlərlə ixrac əsasən 5 ölkə üzrə həyata keçirilib:
"Belə ki, Azərbaycan məhsulları Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna bazarlarına çıxarılıb. İxracı həyata keçirilən əsas məhsullar sırasında isə qızıl, pomidor, pambıq lifi, meşə fındığı və karbamid yer alır".
İİTKM-in fəaliyyətinin digər mühüm istiqamətlərindən birinin insan kapitalının inkişafı olduğunu vurğulayan icraçı direktor bildirib ki, hesabat dövründə mərkəz tərəfindən 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib:
"Bu tədbirlər Avstriya, Polşa, Çin, Yaponiya, Cənubi Koreya, Almaniya, Qazaxıstan, Böyük Britaniya, Özbəkistan, Türkiyə, Gürcüstan, Şimali Kipr, Belçika, İtaliya, Pakistan, Macarıstan, Qırğızıstan və Lüksemburq daxil olmaqla bir sıra ölkələri əhatə edib".
Oxşar xəbərlər
SOCAR-ın prezidenti: "Borcun iqlim layihələrinə dəyişdirilməsi inkişaf etməkdə olan ölkələrə kömək edə bilər"
İnkişaf etməkdə olan ölkələrin iqlim gündəliyinə cəlb edilməsi üçün mümkün alətlərdən biri borcun iqlim və dekarbonizasiya layihələrinin həyata keçirilməsinə də...