Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
31
yan
2026
09:44
Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,9 bənd az, ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,7 bənd azdır.
Yanvarın 1-nə manatın real effektiv məzənnəsi 115,8 bənd təşkil edib. Bu isə ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 bənd az, ötən il yanvarın 1-i ilə müqayisədə isə 9,3 bənd azdır.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. BAKU.WS report-a istinadən...