Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin maliyyə naziri, Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
İsrailin Maliyyə Nazirliyində nazir, #Azərbaycan – #İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin (@zeev_elkin) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə #iqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik.#Enerji, #ticarət, #investisiya, kənd… pic.twitter.com/WQhSj8GuqJ
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 16, 2025
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...