Azərbaycan I rübdə məhkəmə hakimiyyəti xərclərini 9 %-dən çox artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 93,5 % və yaxud 596,6 milyon manat səviyyəsində icra olunub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 % və yaxud 51,7 milyon manat çxodur.
Hesabat dövründə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər faktiki büdcə xərclərinin 7,4 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində bu bölmə üzrə xərclər üçün 3 milyard 192,003 milyon manat nəzərə tutulub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...