Azərbaycan bu il 25 milyon tondan çox neft ixrac edib
21
dek
2021
21:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci il yanvar-noyabr aylarında Azərbaycan 25,537 milyon tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Azərbaycan hesabat dövründə 12,285 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,46 faiz çoxdur.
Həmin dövr ərzində Azərbaycan 1,228 milyon ton həcmində neft məhsulu da ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.
Oxşar xəbərlər
Bu il Azərbaycanda nə qədər neft hasil edilib? - RƏSMİ AÇIQLAMA
2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensa...