Azərbaycan-ABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-nin İxrac-İdxal Bankının prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutub.
"Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri vurğuladıq.
Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün açılan yeni perspektivləri qeyd etdik.
Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...