AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildə idman və intellektual yarışlarda yüksək nəticələr göstərmiş əməkdaşların mükafatlandırılma mərasimini keçirib.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, tədbir zamanı aviaşirkətin rəhbərliyi basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda mükafatlar qazanmış və ya uğurlar əldə etmiş 50-yə yaxın əməkdaşın nailiyyətlərini qeyd edib.
Əməkdaşlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
"Mülki aviasiya sahəsində əsas prioritetimiz uçuş təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksək standartlarını təmin etməkdir. Əməkdaşlarımız peşəkar fəaliyyətləri ilə yanaşı, idman və intellektual yarışlarda da fəal iştirak edərək fərqlənirlər. Bu nailiyyətlər həm onların şəxsi qələbələri, həm də qurumun məqsədlərinə nail olmağa kömək edən dəyərlərin təcəssümüdür," - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Tədbirin əsas məqsədi AZAL əməkdaşlarının həm peşəkar fəaliyyətlərində, həm də şəxsi həyatlarında qazandıqları nailiyyətlərin yüksək dəyərləndirildiyini qeyd etməkdir. Şirkət hər bir əməkdaşın uğurunun vacib olduğunu vurğulayaraq onlara dəstək göstərir və dəyər verir. Bu cür dəstək komanda ruhunu gücləndirir və AZAL əməkdaşları arasında mehriban bir atmosferin formalaşmasına kömək edir.
Qalereya
Oxşar xəbərlər
ABŞ-nin 70 illik bankı 51 filialını bağlayır
ABŞ-nin 70 ilə yaxın tarixi olan bank nəhəngi TD Bank 51 filialını və bir avtomobil xidməti məntəqəsini bağlayacağını açıqlayıb. Bankın məqsədi bu addımla 2,5 m...