Azad olunmuş ərazilərin bərpasına 386,2 milyon manat xərclənib
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində 2026-cı ilin I rübündə sifarişçi qurumların təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulan vəsaitin 11,0 faizi, yəni 386,2 milyon manat istifadə olunub.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin məbləğin 355,2 milyon manatı infrastruktur layihələrinə yönəldilib. Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 185,0 milyon manat, yeni yaşayış komplekslərinin inşası və layihələndirilməsinə 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərə isə 28,0 milyon manat sərf edilib.
Bundan əlavə, 10,7 milyon manat səhiyyə və mədəniyyət yönümlü sosial layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manat isə ərazilərin minalardan təmizlənməsi işlərinə ayrılıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...