Apreldə dollar BAHALAŞACAQ? - Ekspert açıqlaması
İqtisadçı Georgi Ostapkoviçin proqnozuna görə, aprel ayında rublun dəyərsizləşməsi gözlənilir, bu da dolların bahalaşmasına səbəb olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə finnance.ru məlumat yayıb.
Ekspert bildirib ki, bu proses makroiqtisadi baxımdan normaldır. Hazırkı neft qiymətləri və dövlət büdcəsinin vəziyyəti nəzərə alındıqda, güclü rubl iqtisadi cəhətdən əlverişsiz hesab edilir.
Milli valyutanın bahalaşması ixrac gəlirlərini və dövlət büdcəsinə vergi daxilolmalarını azaldır.
Qeyd edək ki, Azərbaycanda dolların bahalaşması ilə bağlı fikirlər birmənalı deyil. Ekspertlər hesab edirlər ki, dünya bazarında neftin bahalaşması, yaxud ucuzlaşması bu məsələyə birbaşa təsir edə bilər. Lakin istənilən halda Azərbaycanda dolların hansı məzənnədə qalması Mərkəzi Bankın yürütdüyü siyasətin nəticəsindən asılı olacaq.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları və ya 3,3 % artaraq 109,1 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...