Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.
Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.
Oxşar xəbərlər
Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək"
Azərbaycanda iki il fəaliyyət göstərən kiçik sahibkarlara 25 %-lik vergi güzəşti veriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirli...