AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb
"Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla yeni layihələri müzakirə edir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Su və Şəhər İnkişafı sektorunun baş direktoru Norio Saito Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla layihələrə yeni investisiyalar yatıracaq:
"Asiya İnkişaf Bankı Bakının itkilərin minimuma endirilmiş şəkildə su sistemi ilə təchiz olunması layihəsi üzərində işləyir. Bununla yeni su mənbəsi yarada bilərik. Bu da kənd təsərrüfatı və s. sahələri üçün faydalı olar. Biz çirkli sularının təmizlənməsi üçün qurğularının sayının artırılmasına kömək edəcəyik".
N.Saito vurğulayıb ki, Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün 3.5 milyard dollar həcmində vəsait ayırıb.
Oxşar xəbərlər
Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir
Mənzilə tələbat təklifi üstələməyə davam edir, bərabərsizlik isə həm şəhərlərin daxilində, həm də onlar arasında dərinləşir. BAKU.WS "Report"a istinadən xəbər v...