ABŞ-da neft ehtiyatlarının azalması “qara qızıl”ı bahalaşdırıb
06
sen
2018
19:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da neft ehtiyatlarının azalması dünya birjalarında “qara qızıl”ın qiymətinin artmasına səbəb olub."Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,08 dollar və ya 0,12% artaraq 68,80 dollar, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,24 dollar və ya 0,31% artaraq 77,51 dollar təşkil edib.Qeyd edək ki, Amerika Neft İnstitutunun hesablamalarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 1,17 mln. barel azalıb. Bu tarixə qədər isə bir həftə ərzində ABŞ-da neft ehtiyatları 38 min barel artaraq 405,7 mln. barelə çatmışdı.“Reuters” agentliyi yazır ki, ABŞ-da “qara qızıl” ehtiyatlarının azalmasına səbəb neft emalı zavodlarının daha aktiv işləməsidir. Analitiklər isə qeyd edir ki, ehtiyatların azalmasına, həmçinin investorların inkişaf etmiş ölkələrin valyuta bazarlarındakı vəziyyətdən ehtiyatlanması da təsir göstərir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti sürətlə bahalaşır - qiymət daha da artacaq
Dünya birjalarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir. BAKU.WS-in məlumatına görə, Orta Şərqdə baş verən hadisələr, Venesuelada neft hasilatı ilə əl...