SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar dollar satışına qoyulan limiti ləğv edib. 
 
BAKU.WS-in məlumatına görə, bəzi banklar dollar satışına maksimum 2 min dollarlıq hədd qoymuşdu. Ancaq dollar ajiotajı aradan qalxdıqdan sonra və tələbat azaldıqdan sonra banklar bu limiti aradan götürüblər. 
 
Ölkənin bir neçə iri bankı artıq vətəndaşlara 5 min dollara qədər valyuta satır.
 
Qeyd edək ki, dünya valyuta bazarında yuan, tenge, rubl və digər region valyutalarının dollara nisbətdə ucuzlaşmasından sonra Azərbaycanda dollar ajiotajı yaranmışdı. Bundan sonra əksər banklar ABŞ və Avropa valyutasına limit qoydu. Belə ki, bir neçə gündür ki, banklar vətəndaşlara 500 dollardan (avro) çox valyuta satmırdı. 
 
ŞAHİN Həbibov 
BAKU.WS