SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.

BAKU.WS-in "Report"a istinadən verdiyi xəbərə görə, Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib.
 
Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.
 
BAKU.WS