VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Apple" şirkəti öz müştərilərini daha bir neçə yeniliyi ilə sevindirib.
 
BAKU.WS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da Kaliforniyada şirkətin yeni məhsulunun təqdimatı olub. iPhone SE-nin ekran ölçüsü 4 düym olacaq. Bu da onu deməyə əsas verir ki, "Apple" yeni kiçik ölçülərə geri qayıdır. 

Yeni smartfon qızılı, gümüşü, boz və çəhrayı rənglərdə olacaq. Onun ən aşağı yaddaşlısının (16 gb) qiyməti isə 400 dollar civarında dəyişəcək. Qiymətinə və ölçüsünə baxmayaraq keyfiyyətli çəkilişinə görə, o heç də digərlərindən geri qalmayacaq. Belə ki, smartfonda 8 və ya 12 meqapiksellik kameranın olacağı gözlənilir. 

Ehtimallar görə, sərfəli qiymət və kiçik ölçülər "Apple"i Çin və Hindistan bazarında daha rəqabətədözümlü hala gətirə bilər. 

İkinci yenilik isə "iPad Air 3" ola bilər. Planşet bazarında ən yaxşı hesab edilən "iPad Air 2" nin təqdimatından artıq iki il ötür. Buna görə, də ekspertlər artıq yeniliyin təqdimatının vaxtını çatdığını düşünürlər. 

Üçüncü ehtimal isə "Apple Watch 2"dir. Düzdür son dəfə saat bir il öncə təqdim edilib. Amma bazardakı sürətli inkişafı nəzərə alsaq "Apple"nin bu adda yeni məhsulunu da bu gündən etibarən satışa çıxara biləcəyini gözləmək olar. 
 
BAKU.WS