SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın müntəzəm keçirdiyi bugünkü valyuta hərracına 100 mln. ABŞ dollarını satışa çıxaracaq.
 
BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a bank dairələrindən məlumat verilib. "Report"un analitik qrupu AMB-nin martın 7-nə ABŞ dollarının rəsmi məzənnəsini təxminən 1,61 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyini proqnozlaşdırır.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
 
BAKU.WS