Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, Londonun ICE (“Inter Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar artaraq 33,74 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,54 dollar bahalaşaraq 32,04 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,69 ABŞ dolları, yaxud 10,2% azalıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 32,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

BAKU.WS