BP Azərbaycanda qaz hasilatını bərpa etdi

BP Azərbaycanda qaz hasilatını bərpa etdi
İqtisadiyyat 936

"BP "Şahdəniz" platformasında 20 günlük təmirdən sonra hasilatı bərpa edib".

Bunu "BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı BAKU.WS-ə açıqlamasında deyib. O bildirib ki, "Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında "Şahdəniz" platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib. 

BP rəsmisinin sözlərinə görə, planlaşdırılmış profilaktik işlərin, həmçinin inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün "Şahdəniz" platformasından hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılıb. Onun sözlərinə görə, bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

BP sözçüsünün fikrincə, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri məqsədilə həyata keçirilir. 

ŞAHİN Həbibov 

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

"7Hills" şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk etdi

"7Hills" şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk etdi

"7Hills" tikinti şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk edib. BAKU.WS-in məlumatına görə, 7 Hills layihəsinin marketinq meneceri...

1773 Hadisə 14:22 21 avqust 2015

Son xəbərlər