Dəhşətli virusla bağlı Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçdi
Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.
Müşavirədə ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması tapşırığı verilib.
Həmçinin, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verilib.
Oxşar xəbərlər
Bakıda ərzaq məhsulları bahalaşdı
Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayında sentyabr ayına nisbətən 0,2% bahalaşıb.BAKU.WS Bakı şəhər Statistika İdarəsinə is...