Neftin qiyməti son 3 ayın minimumuna enib

Neftin qiyməti son 3 ayın minimumuna enib
İqtisadiyyat 262

Dünya birjalarında “qara qızıl”ın qiyməti son 3 ayın minimum səviyyəsinə düşüb.

BAKU.WS xəbər verir ki, buna səbəb Çində yayılan koronavirusun tədarükün bol olduğu bir şəraitdə tələbata aşağı istiqamətli təsir edəcəyi ilə bağlı narahatlıqların artmasıdır.

Belə ki, investorlar virusun səyahətləri məhdudlaşdırmaqla yanacağa olan tələbatı əhəmiyyətli dərəcədə azaldacağından çəkinərək daha çox neft satırlar. Bu da bazarda tədarük bolluğu yaradır.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 59,22 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 52,93 dollara satılır.

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 76 dollar/barreli ötüb

Azərbaycan neftinin qiyməti 76 dollar/barreli ötüb

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar bahalaşaraq 76,13 do...

624 İqtisadiyyat 10:29 07 iyun 2018

Son xəbərlər