“SOCAR Petroleum”dan CNG ilə bağlı RƏSMİ MƏLUMAT

“SOCAR Petroleum”dan CNG ilə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 791

2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

QSC-dən “Report”a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb.

Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının satışı həyata keçirilir və əlavə olaraq doqquz YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.

Son xəbərlər