“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırır

“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırır
İqtisadiyyat 300

Gələn il ərzində “SOCAR Petroleum" QSC CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır:

“Bu gün artıq 9 CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”.

Qeyd edək ki, hazırda 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində “SOCAR Petroleum” Bakıda və Abşeron yarımadasında daha 4 CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Son xəbərlər