“SOCAR Petroleum”dan CNG ilə bağlı RƏSMİ MƏLUMAT
2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.
QSC-dən “Report”a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb.
Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının satışı həyata keçirilir və əlavə olaraq doqquz YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.
Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.
Oxşar xəbərlər
SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsi...