SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanın “Bakcell” mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır".

BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

O qedy edib ki, Ukrayna dövlətinin əsas vəzifəsi bu investisiyaları qorumaqdır.

"Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.

Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq".

BAKU.WS