VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hökuməti gələn il dünya bazarında neftin qiymətinin azalacağını proqnozlaşdırır.

BAKU.WS xəbər verir ki, bu barədə 2020-ci ilin büdcə zərfində qeyd edilib.

Proqnoza əsasən, 2020-ci ildə dünya bazarında neftin qiyməti 2019-cu ilin proqnozundan 5 dollar azalaraq 55 dollar/barel olacaq.

Proqnoza görə, 2021-2022-2023-cü illərdə də neftin dünya bazarında orta qiyməti 55 dollar/barel təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə neftin orta qiyməti 71,1 dollar/barel olub. 2019-cu il üzrə proqnoz isə 60 dollar/barel təşkil edir.
BAKU.WS