Azərbaycan neftinin qiyməti düşür

12
iyn
2019
23:49
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 64,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,57 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,15 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,...
