VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
SOCAR prezidenti Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə görüşüb. 
                               
BAKU.WS-in məlumatına görə, Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olub.

Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.
 
Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
 
BAKU.WS