SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Gəncəbank”ın əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə fevralın 4-dən başlanılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov fevralın 3-də "Gəncəbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

"Əmanətlərin Sığortalanması Fondu tərəfindən bankın 378 qorunan əmanətçisinə 1,5 milyon manat məbləğində kompensasiya ödəniləcək. Kompensasiyalar əmanətçilərə agent bank olaraq seçilmiş "Rabitəbank" ASC, "Unibank” ASC və "Kapital Bank” ASC-nin filialları vasitəsilə veriləcək", - deyə A.Cavadov diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib. Eyni zamanda, "Gəncəbank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
 
BAKU.WS