Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.

BAKU.WS-in QKDK-ya istinadən verdiyi məlumata görə, bundan başqa, Komitə tərəfindən nazirliyin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
 
Xatırladaq ki, ötən gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.   

BAKU.WS