SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Böyük Britaniyanın "HSBC Holdinq”i dollarla bağlı proqnozunu açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, "HSBC Holdinq” ABŞ milli valyutasının sürətlə bahalaşmasının mart ayında səngiyəcəyini bildirib. Holdinq rəsmiləri hesab edir ki, dollar digər valyutalar qarşısında dəyər itirəcək. 

Proqnoza görə, Yaponiya yeni və Avropanın vahid valyutası dollar qarşısında ən çox möhkəmlənən pul vahidləri olacaq. "Böyük dollar rallisi sona çatdı" deyən "HSBC"in valyuta strategiyası üzrə rəhbəri Devid Blum ABŞ Mərkəzi Bankının (FED) vəziyyətə nəzarəti ələ almağa başladığını bildirib. 

Dollar bu il yen qarşısında 2,2% ucuzlaşaraq 117,55 səviyyəsinə geriləyib. ABŞ valyutası avro qarşısında isə 0,2% dəyər itirərək 1,0883 səviyyəsinə gəlib. Blum ABŞ milli valyutasının yüksəlişinin mart ayında sona çatacağını güman edir. Onun fikrincə, dollar 2016-ci ilin sonunda yen qarşısında 115 səviyyəsinə, avro qarşısında isə 1,20 səviyyəsinə geriləyəcək. 
 
Şahin Həbibov
BAKU.WS