SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda bankirlər və ekspertlər Manatın 2-ci devalvasiyasının neftin qiymətinin 25-30 dollara düşməsinə qarşı həyata keçirildiyini bildirirlər.

BAKU.WS
-in məlumatına görə, əgər, təcili islahatlar proqramı həyata keçirilməsə, Azərbaycan yaranacaq mənfi fəsadlara qarşı gecikmiş ola bilər.

Bu ilin əvvəlindən ötən 14 gündə neft 8 dollar və ya 21% ucuzlaşaraq, bu gün 29 dollara düşdü. Bu Azərbaycanın gəlirlərinin daha da azalacağı deməkdir. Yanvarın 4-də neft 37 dollara satılırdı.

Hökumət 2016-cı ilin büdcəsində neftin barrelinin qiymətini 50 dollardan götürüb. Sadə şəkildə desək, 2016-cı ilin büdcəsini icra etmək üçün neft 50 dollardan satılmalı, köhnə 1.05 dollar/manat məzənnəsi ilə 52,5 manat gəlir əldə edilməli idi. Lakin ötən ilin sonunda neft 36 dollara düşdüyündən dövlət hər barrel neftdən 37,5 manat qazanırdı. Mərkəzi Bank yaranmış fərqi bağlamaq üçün Dekabrın 21-də 50%-ə yaxın ikinci devalvasiyaya gedərək 1 dolları 1.55 manata bərabər etdi.  Bu, manat ifadəsində dövlətin hər barrel neftə görə 56 manat qazanacağı demək idi.

Neft daha da ucuzlşadığından hazırda dövlət bu məbləği də qazana bilmir. Bugünkü məzənnə ilə (1.5706), neftin hər barrelindən qazanılan 30 dollar təxminən 47 manat edir (30 dollar x 1.5706 manat). Bu da büdcəni nəzərdə tutulan səviyyədə icra etməyə imkan vermir. Çünki büdcənin icrası üçün neftin hər barrelindən qacanc  ən azı 52,5 manat olmalıdır.

BAKU.WS xəbər verir ki, "Marja”nın hesablamalarına görə, bu gün Manat ifadəsində neftdən gəlirin 52,5 manat olması üçün 1 dollar 1,81 manata, 56 manatı qazanmaq və qarşıdakı neftin bir qədər də ucuzlaşması ehtimalından sığortalanmaq üçün 1,9-2,2 manata bərabər olmalıdır. Yaranmış vəziyyət manatın növbəti 40%-lik devalvasiyasını qaçılmaz edir.

Beynəlxalq banklar neftin barrelinin qiymətinin bu ilin 1-ci yarısında 20 dollara düşəcəyini proqnozlaşdırırlar. Böyük Britaniyanın "Standard Chartered” bankı isə neftin barrelinin 10 dollara düşəcəyini ehtimal edir.

Əgər neft 20 dollara düşərsə və Azərbaycanda ciddi islahatlar olmasa, büdcənin icrası üçün 1 dolların 2,6 manata, neft 10 dollara düşərsə 5,2 manata bərabər olmasına ehtiyac olacaqdır.

Manatın daha da ucuzlaşması məhsulları daha da bahalaşdıracağından vəziyyət daha da ağır ola bilər. Gəlin ümid edək ki, neft daha da aşağı düşməyəcək, hökumət təcili anti-böhran proqramlarının icrasına başlayacaqdır.

BAKU.WS