Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT işi açıldı
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.
Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissə...