VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünya bazarlarında neftin qiyməti sürətlə ucuzlaşır.
 
BAKU.WS-in məlumatına görə, "Qara qızıl" son 12 il ərzində ən aşağı səviyyəyə düşüb. Brent markalı neftin bir bareli hazırda dünya bazarında alıcılara 33,15 dollara təklif olunur.

WTI (Texas) neftinin qiyməti də ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas neftinin bir bareli 32,90 dollara qədər geriləyib.
 
Hər iki neft məhsulu 1 dollar civarında ucuzlaşaraq 12 illik minimuma çatıb.
 
Neftin qiymətinin sürətlə ucuzlaşması dünyanın ən böyük istehlakçı ölkəsi olan ABŞ-ın həftəlik neft ehtiyyatlarının həcmini açıqlaması ilə əlaqəlidir. Analitiklər xam neftin növbəti bir neçə ay ərzində 30 dollara qədər düşəcəyini bildirib. 

Şahin Həbibov
BAKU.WS