13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türk Hava Yolları (THY) İstanbulda gözlənilən qar yağışıyla əlaqədar 142 aviareys ləğv edib.
 
BAKU.WS-in məlumatına görə, THY sərnişinlərə müraciət edərək səfərlərin ləğv edildiyini elan edib. Aviaşirkətin yaydığı məlumatda deyilir:
 
"30-31 dekabr tarixlərində İstanbul Atatürk və Sabiha Gökçen Hava limanı əlverişsiz hava şəraiti səbəbiylə 142 istiqamətdə göstərilən səfərlərimiz ləğv edilib. Sərnişinlərdən uçuşlarıyla əlaqədar son vəziyyəti THY-in web ünvanından və ya çağırış mərkəzindən öyrənməsini rica edirik".
 
Ləğv edilən aviareyslər arasında Bakı-İstanbul səfəri də var. 31 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından - İstanbul Atatürk Hava Limanına və əks istiqamətdə səfərlər planlaşdırılırdı.
 
Şahin Həbibov
BAKU.WS