Tarix müəllimi ola bilməsə də, tarix yazdı: Şəhid anasının əzmi və uğuru
O, tarix müəllimi ola bilməsə də, tarix yazdı...
Şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva Vətən müharibəsi şəhidinin xatirəsini əziz tutaraq, könüllü şəkildə qatıldığı müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Şəhid anası uzun illər pedaqoji sahədə çalışıb və öz arzusu ilə imtahanlarda iştirak edib. Qənirə Quliyeva bildirib ki, imtahandan topladığı 48 bal onun üçün xüsusi əhəmiyyət kəsb edir:
"İmtahanımı Elgünə hədiyyə edirəm. Çalışıram ki, Elgünə layiq olum. Allahdan da arzu edirəm ki, bizi şəhidlərə layiq eləsin."
Qənirə Quliyeva qeyd edib ki, o, həm də gələcək nəslin vətənpərvər, nümunəvi şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni edir.
Oxşar xəbərlər
Yay fəsli gəlsə də, meyvələr ucuzlaşmır: Səbəb nədir?
Yay fəslinin gəlişinə baxmayaraq, bazarlarda və mağazalarda mövsümi meyvələrin qiyməti alıcıların narazılığına səbəb olur. Hazırda bazarlarda gilas və gilənarın...