VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Devalvasiyanın bizim quruma ciddi təsiri olacağına inanmıram. Çünki Gənclər və İdman Nazirliyi xaricdən mal idxal edib bazarda satmır".

BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, idman olimpiya komplekslərində keçirilən təlim-məşq toplantılarının qiymətləri qalxmayacaq. Həmçinin, nazirlik tərəfindən təşkil edilən tədbirlərin büdcəsinə də təsiri gözlənilmir.
 
Nazir gənclərin ev probleminə də toxunub. Azad Rəhimov gənclərə şəhərcik tikilməsinin planlaşdırılmadığını bildirib: "Bizim nəzərdə tutduğumuz sistemdə Gənclər şəhərciyinin tikilməsi bazar iqtisadiyyatında mümkün deyil. Bu şəhərcik dövlət büdcəsi ilə tikilə bilər. Dövlət büdcəsindən ev tikmək və gənclərə paylamaq düz deyil, ona görə də hazırda bu məsələ gündəmdə deyil".
 
Ayşən Ayxan
BAKU.WS