SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, ölkəmiz inkişaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib".
 
BAKU.WS-in məlumatına görə, bunu 2015-ci ilin yekunlarından danışarkən Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının, yanacağın qiymətlərinin sabit saxlanması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.
 
"İqtisadi və maliyyə sahəsində daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə aparılacaq, gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək. Bölgədəki proseslərin mənfi istiqamətdə getməsinə baxmayaraq, biz geosiyasi və hərbi riskləri azaldırıq. Xalqın əmin-amanlıq və rifah içində yaşamasının, ölkədə siyasi-iqtisadi proseslərin müsbət istiqamətdə getməsinin qarşıda duran əsas məqsədlərdir", - deyə dövlət başçısı vurğulayıb.
 
BAKU.WS