Dolların bahalaşması ilk olaraq Bakının tikinti malları bazarına təsir göstərdi

Dolların bahalaşması ilk olaraq Bakının tikinti malları bazarına təsir göstərdi
İqtisadiyyat 3151

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda tikinti bazarında böyük çaxnaşma baş verib.

Bu barədə BAKU.WS-ə şəhər sakinləri məlumat veriblər. Deyilənlərə görə, bir çox topdansatış məntəqələrdə alver dayandırılıb Satıcılar əllərində olan tikinti matreallarını satmırlar. Bunu dolların qalxacağı ilə izah edirlər. Bəzi satıcılar isə tikinti mallarının qiymətlərini dollarla göstərirlər. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda dollar tapmaq müşkülə çevrildi (FOTOREPORTAJ)

Bakıda dollar tapmaq müşkülə çevrildi (FOTOREPORTAJ)

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda dollar qı...

1260 İqtisadiyyat 10:37 21 dekabr 2015

Son xəbərlər