Dollar və avroda gözlənilməz məzənnə
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata dəyişməyib. Avropanın vahid valyutası hazırda 1,1394 AZN-dir.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları 1,0499 AZN-ə bərabərdir. ABŞ Mərkəzi Bankının (FED) dolların uçot faizini artırma qərarından sonra manatın məzənnəsinin dəyişəcəyi gözlənilsə də hələ ki, bu baş vermir.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar psixoloji həddə çatdı (CƏDVƏL)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cü...