13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Dekabrın 22-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.


BAKU.WS aviaşirkətə istinadən xəbər verir ki, J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.


Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.


Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yeriinə yetirirdi.


BAKU.WS