VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda sığorta şirkətləri üçün sığorta haqqında endirim tətbiq etmək qadağan ediləcək.
 
Fins.az-ın məlumatına görə, bu barədə "İcbari sığortalar haqqında" qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Bundan başqa, sığorta müqaviləsinin bağlanmasına görə, müştərilərə hədiyyələr vermək də qadağan olunacaq.

Qanuna əlavə ediləcək 11.4-cü maddəyə görə, qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
 
BAKU.WS