13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman verib.
 
BAKU.WS-in məlumatına görə, qanunda edilən dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimə edilir.
 
292.1-ci maddədə "az miqdarda" dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə "az miqdarda" dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
 
BAKU.WS