VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsi prosesi noyabrda da davam edib. Təxminən 600 milyon dollar azalma var. Ötən ayın sonuna ehtiyatların həcmi 6,834 milyard dollar idi. Hazırda bu vəsait 6,245 milyard dollardı". 
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev söyləyib. O bildirib ki, rəsmi məlumata görə, Azərbaycanın cari hesabar balansında müsbət saldo qeydə alınır: "Belə vəziyyətdə valyuta ehtiyatlarının əriməsi davam edirsə, ehtimal olunan bir mühüm səbəb var: ölkədən kapital qaçışı. Çox güman ki, hakimiyyət daxilində baş verənlər və biznes mühitinin özünü riskdə hiss etməsi ölkədən kapital qaçışını sürətləndirib.

İqtisadçının fikrincə, valyutaya çevriləcək likvid manat kütləsinin həcmi çox deyil, burda əsas rolu dollara çevrilərək qaçan əmlak kütləsi oynadığını ehtimal etmək mümkündür. Sonuncu dəfə MB-nin valyuta ehtiyatları 2011-ci ilin sonlarında bu səviyyədə olub.
 
BAKU.WS